Tbilisidə azərbaycanlı yazıçının romanının təqdimatı keçirilib

Tbilisidə azərbaycanlı yazıçının romanının təqdimatı keçirilib Romanın tərcüməçisi yazıçı və tərcüməçi İmir Məmmədlidir
Ədəbiyyat
30 May , 2015 15:15
Tbilisidə azərbaycanlı yazıçının romanının təqdimatı keçirilib

Bakı. 30 may. REPORT.AZ/ Tbilisidə - Didube Sərgi Mərkəzində Beynəlxalq Kitab Festivalı başlayıb. “Report”un xəbərinə görə, Beynəlxalq Kitab Festivalı çərçivəsində, azərbaycanlı yazıçı Məqsəd Nurun “Şəhər meri” romanının təqdimatı, müəlliflə görüş və imza mərasimi keçirilib. Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin iştirakı ilə “İntellekt” (Gürcüstan) nəşriyyatında gürcü dilində nəşr olunan kitabda tanınmış gürcü ədibləri - Givi Alxazişvili, Şota İataşvili və Georgi Kekelizdzenin rəyləri yer alıb. Romanın tərcüməçisi tanınmış yazıçı və tərcüməçi İmir Məmmədlidir.

Təqdimat mərasimində Azərbaycan və gürcü ədəbiyyatçıları - Quram Odişariya, İmir Məmmədli, Georgi Kekelidze, Givi Alxazişvili, Kaxa Kudava, Oqtay Kazımov və başqaları çıxışlar edib, Məqsəd Nurun yaradıcılığı haqqında danışıblar. Sonra isə yazıçı Məqsəd Nur oxucuların suallarını cavablandırıb, kitabları imzalayıb. Tədbirdə, həmçinin Gürcüstanın və Azərbaycanın KİV nümayəndələri də iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi