Yuxarı

​Tərcümə Mərkəzi “Ən yeni ədəbiyyat” adlı antologiya hazırlayır

Azərbaycan ədəbi gəncliyinin təbliği, gənc istedadların üzə çıxarılması məqsədi ilə hazırlanan toplunun redaksiya heyətinin ilk toplantısı keçirilib

Bakı. 20 iyun. REPORT.AZ/ Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi gənc yazıçı və şairlərin bədii əsərlərinin toplanacağı “Ən yeni ədəbiyyat” adlı antologiya hazırlayır.

Bu barədə "Report"a mərkəzdən məlumat verilib.

Xəbərə görə, Azərbaycan ədəbi gəncliyinin təbliği, gənc istedadların üzə çıxarılması məqsədi ilə hazırlanan toplunun redaksiya heyətinin ilk toplantısı keçirilib. Tədbirdə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsud, ədəbi tənqidçilər Vaqif Yusifli, Əsəd Cahangir, Rüstəm Kamal, Mərkəzin Elm, təhsil və mədəniyyət şöbəsinin müdiri, yazıçı Yaşar Əliyev, ədəbi-bədii mətnlər üzrə dil mütəxəssisləri Mahir Qarayev və Etimad Muradov iştirak ediblər.

Tədbirdə antologiyanın tərtib prinsipləri, kitabda yer alacaq müəlliflərin və onların bədii mətnlərinin seçim kriteriyaları barədə müzakirələr aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi