Teatr Muzeyində Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunub

Teatr Muzeyində Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunub Tədbirdə şairin həyat və yaradıcılığını əks etdirən videoçarxlar, “Özümüzü kəsən qılınc” əsərinin tamaşasından parçalar nümayiş olunub
Ədəbiyyat
27 Noyabr , 2015 14:07
Teatr Muzeyində Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunub

Bakı. 27 noyabr. REPORT.AZ/ Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyi ilə bağlı “Söz nəbzidir, aynasıdır zəmanənin” adlı tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, Milli Konservatoriyanın və Konservatoriyanın nəzdindəki Musiqi Kollecinin tələbələri iştirak edib.

Tədbirdə şairin həyat və yaradıcılığını əks etdirən videoçarxlar, onun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulmuş “Özümüzü kəsən qılınc” əsərinin tamaşasından parçalar nümayiş olunub, Bəxtiyar Vahabzadənin öz ifasında lent yazıları səslənib.

Son xəbərlər

Orphus sistemi