Tbilisidə Mirzə Fətəli Axundzadənin xatirəsi anılıb

Tbilisidə Mirzə Fətəli Axundzadənin xatirəsi anılıb
Ədəbiyyat
523
30 İyun , 2020 17:24
Tbilisidə Mirzə Fətəli Axundzadənin xatirəsi anılıb
Report

Tbilisidə Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin xatirəsi yad edilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, böyük ədibin Botanika bağında görkəmli azərbaycanlıların panteonundakı məzarı ziyarət olunub.

Mərasimdə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin kollektivi iştirak edib.

Dramaturqun Tbilisidə 73 saylı azərbaycandilli məktəbin həyətindəki büstü də ziyarət olunub, önünə gül dəstələri qoyulub.

Qeyd edək ki, bu gün M.F.Axundzadənin anadan olmasının 208 illiyi tamam olur. Ədibin həyat və yaradıcılığının ən məhsuldar hissəsi Tbilisinin payına düşüb. O, 66 illik ömrünün 44 ilini məhz bu şəhərdə keçirib.