Tbilisidə akademik Kamal Abdullanın kitabının təqdimatı olub

Tbilisidə akademik Kamal Abdullanın kitabının təqdimatı olub Onun “Yarımçıq əlyazma” əsəri gürcü dilinə tərcümə edilib
Ədəbiyyat
30 Mart , 2017 22:48
Tbilisidə akademik Kamal Abdullanın kitabının təqdimatı olub

Tbilisi. 30 mart. REPORT.AZ/ Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın “Yarımçıq əlyazma” əsəri gürcü dilinə tərcümə olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, martın 30-da İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində romanın təqdimatı olub.

Universitetin humanitar fənlər fakültəsinin dekanı Nana Kapriandaşvili, professor Davit Qoçeridze və başqaları çıxış edərək Azərbaycan ilə Gürcüstan arasındakı dostluq və mehriban qonşuluq əlaqələrindən, xalqlarımızın oxşar cəhətlərindən, multikultural dəyərlərindən danışıblar.

Bildirilib ki, bu gün Azərbaycan kreativ incəsənətə açıq bir məkan kimi tanınır. Bu baxımdan “Yarımçıq əlyazma” əsəri akademik Kamal Abdullanın təxəyyülündəki dərinlikləri özündə əks etdirən bir nümunədir.

Bu roman Dədə Qorqud adlı bir Ozan tərəfindən Oğuz elindəki xainlərin iç üzünün ifşa olunması ilə bağlı aparılan təhqiqatın hesabatıdır.

Qeyd olunub ki, roman ingilis, fransız, italyan, türk, rus, polyak, ərəb, alman, portuqal və qazax dillərində də nəşr olunub. Romanın gürcü dilinə tərcümə olunması gənc nəslin qədim tariximizi daha dərindən öyrənməsində, multikultural dəyərlərin daha geniş yayılmasında, mədəni əlaqələrimizin daha da möhkəmlənməsində mühüm rol oynayacaq.

Akademik Kamal Abdulla çıxış edərək kitabla bağlı fikirlərini bölüşüb, müəllim və tələbələrin suallarını cavablandırıb.

Təqdimat mərasimində universitetin professor və müəllim heyəti, Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı, azərbaycanlı və gürcü tələbələr iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi