Yuxarı
    Bağlamaq

    Tanınmış rus şairinin kitabı hərracda 600 min rubla satılıb

    Auksiona Vladimir Mayakovskinin 1929-cu ildə çapdan çıxmış kitabı çıxarılıb

    Bakı. 4 iyun. REPORT.AZ/ Tanınmış rus şairi Vladimir Mayakovskinin şeirlər kitabı hərracda 600 min rubla (13 min manat) satılıb.

    "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, auksiona şairin 1929-cu ildə çapdan çıxmış kitabı çıxarılıb. 

    İlkin qiyməti 130 min rubl olan kitabı əldə etmək istəyənlərin arasında gedən rəqabət nəticəsində 600 min rubla satılıb.

    Bundan başqa, hərracda Boris Pasternakın 1926-cı ildə nəşr edilən "Karusel" kitabı 300 min rubla, Korney Çukovskinin "Telefon" kitabı isə 140 min rubla satılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi