Yuxarı

Süleyman Rüstəmin 110 illik yubileyi münasibətilə tədbir keçirilib

Tədbir Yasamal rayon Heydər Əliyev Mərkəzində baş tutub

Bakı. 14 mart. REPORT.AZ/ Yasamal rayon Heydər Əliyev Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Azərbaycanın xalq şairi, dramaturq Süleyman Rüstəmin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Bu barədə "Report"a Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Mərkəzdə şairin fəaliyyətini əks etdirən kitablardan ibarət sərgi təşkil edilib.

Tədbirdə Süleyman Rüstəmin həyat və yaradıcılığından bəhs edən film nümayiş etdirilib. Filmdən sonra Yasamal rayon icra hakimiyyətinin başçısının müavini Təravət Muradova, filologiya elmləri doktoru, professor Asif Rüstəmli və digər iştirakçılar çıxışlarında XX əsr ədəbiyyatının, mədəniyyətinin 60 ildən çox bir hissəsini əhatə edən Süleyman Rüstəm yaradıcılığının xalqımızın milli sərvəti olduğunu, onun Azərbaycan tarixinə, mədəniyyətinə, ədəbiyyat tarixinə daxil olmuş görkəmli simalardan biri olduğunu qeyd edib.

Tədbirdə sənətşünaslıq elmi üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə Eldarqızının təqdimatında “Ana və poçtalyon” kompozisiyası təqdim edilib.

Tədbirin sonunda Muğam müsabiqəsinin qalibi Nigar Rəhimovanın ifasında sözləri Süleyman Rüstəmə aid olan mahnılar səslənıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi