Stiven Kinq plagiatda ittiham olunur

Stiven Kinq plagiatda ittiham olunur İddiaçılar 500 milyon dollar məbləğində kompensasiya almaq istəyir
Ədəbiyyat
29 Mart , 2017 16:42
Stiven Kinq plagiatda ittiham olunur
Peoples.ru

Bakı. 29 mart. REPORT.AZ/ Məşhur amerikalı yazıçı Stiven Kinq plagiatda ittiham olunur.

"Report" "Vesti.Ru"ya istinadən xəbər verir ki, "The Rook" komiksinin yaradıcıları yazıçının "Qaranlıq qala" kitabının baş qəhrəmanı Roland Diskeynin komiksin əsas qəhrəmanı Restin Deynin demək olar tam oxşarı olduğunu iddia edir.

Müəllif hüquqları kompensasiya qismində 500 milyon dollar almaq istəyir.

Qeyd edək ki, "The Rook" komiksi "Qaranlıq qala"dan daha yaşlıdır: jurnal 1977-1983-cü illərdə işıq üzü görüb, Kinqin romanı isə 1982-ci ildə nəşr edilib. Bundan əlavə, yazıçı "The Rook"u oxuduğunu etiraf edib.

Son xəbərlər

Orphus sistemi