Yuxarı

Sona Vəliyevanın "Arazbarı" şeirlər kitabı Kazanda tatar dilində çap olunub

Kitabı tatar dilinə Tatarıstan Yazıçılar Birliyinin və DGTYB-nin üzvü Rifat Salah çevirib

Bakı. 28 aprel. REPORT.AZ/ Milli Televiziya və Radio Şurasının üzvü, “Kaspi” qəzetinin təsisçisi, şair-publisist Sona Vəliyevanın "Arazbarı" şeirlər kitabı Tatarıstanın paytaxtı Kazanda, tatar dilində çap olunub.

Bu barədə "Report"a Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən məlumat verilib.

Kitabı tatar dilinə Tatarıstan Yazıçılar Birliyinin və DGTYB-nin üzvü, bir sıra yerli və beynəlxalq poeziya yarışmalarının qalibi, Tatarıstanın gənc şairlərindən Rifat Salah çevirib.

“İlham” nəşriyyatında nəfis tərtibatla gün üzü görən kitaba R.Salahın “önsöz”ü və Əkbər Qoşalının müəllifin yaradıcılığı haqqında ürək sözləri yer alıb.

Xatırladaq ki, oxucular tərəfindən rəğbətlə qarşılanan “Arazbarı” şeirlər kitabı ilk dəfə 2011-ci ildə Bakıda, sonra isə qardaş Türkiyədə və İranda da çap olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi