Yuxarı

Söhrab Tahir II Fəxri xiyabanda dəfn ediləcək

Xalq şairi ilə vida mərasimi Təzə Pir məscidində keçiriləcək

Bakı. 4 may. REPORT.AZ/ Bu gün səhər saatlarında vəfat edən Azərbaycanın xalq şairi Söhrab Tahir mayın 5-də II Fəxri Xiyabanda dəfn ediləcək.

Bu barədə "Report"a Azərbaycan Yazıçılar Birliyindən məlumat verilib.

Sabah saat 12.00-dan 14.00-dək Təzə Pir məscidində mərhum şairlə vida mərasimi keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi