Rusiyanın tanınmış şairinin dissident oğlu vəfat edib

Rusiyanın tanınmış şairinin dissident oğlu vəfat edib Aleksandr Yesenin-Volpin 91 yaşında ABŞ-da dünyasını dəyişib
Ədəbiyyat
16 Mart , 2016 18:15
Rusiyanın tanınmış şairinin dissident oğlu vəfat edib

Bakı. 16 mart. REPORT.AZ/ Rusiyanın tanınmış şairi Sergey Yeseninin oğlu Aleksandr Yesenin-Volpin ABŞ-da dünyasını dəyişib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, 91 yaşlı şair, filosof, riyaziyyatçı olan Aleksandr Yesenin dissident olub. O, uzun illər SSRİ-də insan hüquqlarını qoruyan təşkilatın liderlərindən biri kimi tanınıb.

Qeyd edək ki, Aleksandr Yesenin-Volpin 1924-cü il mayın 12-də Sankt-Peterburqda doğulub. Onun anası şair-tərcüməçi Nadejda Volpin olub. 1949-cu ildə Aleksandr Yesenin-Volpini antisovet ruhunda yazdığı şeirlərinə görə psixiatriya xəstəxanasına salıblar. Daha sonra Kalininqradda sürgün həyatı yaşayan A.Yesenin-Volpin 1953-cü ildə bəraət alıb, amma 5 ildən sonra yenidən ruhi xəstəxanada yatıb.

Həyatı ruhi-əsəb xəstəxanalarında keçən Aleksandr Yesenin-Volpin 1989-ci ildə ABŞ-a mühacirət edib.

Son xəbərlər

Orphus sistemi