Səməd Mənsurun 140 illiyinə həsr olunan ədəbi-bədii tədbir keçirilib

Səməd Mənsurun 140 illiyinə həsr olunan ədəbi-bədii tədbir keçirilib Bakı. 31 yanvar. REPORT.AZ/ Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə görkəmli şair Səməd Mənsurun 140 illiyinə həsr olunan “Həpsi rəngdir” adlı ədəbi-bədii tədbir keçirilib.
Ədəbiyyat
7300
31 Yanvar , 2019 19:18
Səməd Mənsurun 140 illiyinə həsr olunan ədəbi-bədii tədbir keçirilib
Report/Elchin Murad

Bakı. 31 yanvar. REPORT.AZ/ Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə görkəmli şair Səməd Mənsurun 140 illiyinə həsr olunan “Həpsi rəngdir” adlı ədəbi-bədii tədbir keçirilib.

"Report" xəbər verir ki, Əmircan qəsəbəsində yerləşən Mədəniyyət Evində baş tutan mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, xalq yazıçısı Anar, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri Şirindil Alışanov və bir sıra elm xadimləri iştirak ediblər.

İlk öncə foyedə kitabların və şairlə bağlı eksponatların sərgisi nümayiş olunub.

Sonra Azərbaycan Milli Kitabxanasının nəşr etdirdiyi “Səməd Mənsur. Biblioqrafiya”, Yadigar Əsgərova “Səməd Mənsur. Həyatı və yaradıcılığı” və Türkiyədə çap olunan Nizami Cəfərov “Samed Mansurun şiiri” kitablarının təqdimatı keçirilib.

Xalq yazıçısı Anar görkəmli ədibin Azərbaycan ədəbiyyatına bəxş etdiyi əsərlərin əhəmiyyətindən danışıb: “Səməd Mənsur ədəbiyyatımızın ən böyük simalarında biridir. Onun yaradıcılığı vasitəsi ilə nə qədər böyük sima olduğunu dərk edirik. Onun şairlik fəaliyyəti satirik və lirik istiqamətdə olub. Şair klassik şeirlərlə yanaşı, əsasən, satirik əsərlər yazıb, ictimai bəlaları tənqid edib”.

Tədbirdə Səməd Mənsurun şeirləri səsləndirilib, incəsənət ustalarının ifasında şairin sözlərinə bəstələnmiş mahnılar ifa olunub.

Son xəbərlər

Orphus sistemi