Yuxarı
    Bağlamaq

    Salman Mümtazın naməlum əlyazması aşkarlanıb

    Həmin əlyazma sənədlərinin uzun illərdir itmiş “100 şair” kitabının parçalanmış hissələri olduğu məlum olub

    Bakı. 19 aprel. REPORT.AZ/ Görkəmli ədəbiyyatşünas alim Salman Mümtazın naməlum əlyazması aşkar edilib

    Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, görkəmli ədəbiyyatşünas alim Salman Mümtazın itmış əsərlərindən biri - “100 şair” kitabı aşkar edilib.

    Bu yaxınlarda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəlalə Ana Hümmətli Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən “Azərnəşr”in arxivindəki materialları araşdırarkən S.Mümtazın naməlum əlyazmalarını aşkar edib. Həmin əlyazma sənədlərinin uzun illərdir itmiş “100 şair” kitabının parçalanmış hissələri olduğu aydınlaşdırılıb.

    Müxtəlif qovluqlarda saxlanılan bu qiymətli əlyazmalardan hələlik 50-yə yaxın şairin tərcümeyi-halı və şeirlərindən nümunələri toplayan tədqiqatçı hazırda onların ərəb qrafikalı əski əlifbadan müasir əlifbaya transfoneliterasiyası ilə məşğuldur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi