Yuxarı

Salam Sarvan AYB-dən çıxarılıb, Kənan Hacı qurumun üzvlüyünə bərpa olunub

Azərbaycan Yazıçılar Birliyi Katibliyinin toplantısı keçirilib

Bakı. 11 noyabr. REPORT.AZ/ Noyabr ayının 11-də Azərbaycan Yazıçılar Birliyi Katibliyinin növbəti toplantısı keçirilib.

"Report" xəbər verir ki, toplantıda şair Salam Sarvanın Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən xaric edilməsi ilə bağlı yazdığı ərizəsi müzakirə edilib. Katiblik şair Salam Sarvanın öz ərizəsinə əsasən Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən çıxarılmasına qərar verib.

İclasda AYB-yə qayıtmaq üçün müraciət edən yazar Kənan Hacı yenidən qurumun üzvlüyünə bərpa olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi