Yuxarı

Vəfat etmiş dövlət xadimi ilə vida mərasimi yaşadığı evdə olacaq

Gülrux Əlibəyli bu gün Yasamal qəbiristanlığında dəfn ediləcək

Bakı. 16 fevral. REPORT.AZ/ Fevralın 15-də dünyasını dəyişmiş Azərbaycanın görkəmli yazıçılarından biri, tənqidçi və publisist, incəsənət xadimi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycanın və Sovet İttifaqının dövlət xadimi Gülrux Əlibəyli bu gün dəfn ediləcək.

Bu barədə “Report”a Azərbaycan Yazıçılar Birliyi (AYB) sədrinin müşaviri Rauf Aslanov məlumat verib.

Rauf Aslanov tanınmış yazıçı ilə vida mərasiminin yaşadığı evdə olacağını deyib.

Mərhum yazıçının cənazəsi saat 15.00-də evindən götürülərək, Yasamal qəbiristanlığında dəfn ediləcək.

Allah rəhmət eləsin!

Xatırladaq ki, Gülrux Əlibəyli müəllim ailəsində dünyaya gəlib. O, Leninqrad Universitetini və Moskvada Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasını bitirib. Müdafiə etdikdən sonra Bakıya qayıdıb və Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda çalışmağa başlayıb. Gülrux Əlibəyli 1964-1965-ci illərdə mədəniyyət nazirinin müavini olub və nazirin səlahiyyətlərini icra edib.

Gülrux Əlibəylinin ilk ədəbi məqaləsi 1958-ci ildə Moskvda “Ədəbiyyat Məsələləri” jurnalında dərc edilib. O, ədəbiyyat nəzəriyyəsi, eləcə də, kino incəsənəti, teatr, təsviri incəsənət sahəsində çoxsaylı məqalələrin müəllifidir. Gülrux Əlibəyli “Axtarışlar, tapıntılar”, “Daim yolda”, “Düşünən dünyamız”, “ Cırpınan Dünyamız”, “Dəyiş Dünyamız”, “Dağılan Dünyamız” kimi 20 kitabın müəllifidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi