Yuxarı

Rusiyada tanınmış şəxslərin telefon nömrələri olan kitab hərraca çıxarılacaq

Avqustun 24-də keçiriləcək hərracın ümumi satış məbləği 6 milyon rubldur

Bakı. 19 avqust. REPORT.AZ/ Rusiyada 1928-ci ilə məxsus və dövrünün tanınmış ədəbiyyat xadimləri, incəsənət nümayəndələrinin telefon nömrələrinin qeyd edildiyi telefon kitabçası hərracda satılacaq.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, məşhurların adları və telefon nömrələri qeyd edilən kitabça avqustun 24-də satışa çıxarılacaq.

Telefon kitabçasında Vladimir Mayakovski, Mixail Bulqakov,Vsevolod Meyerxold, Serqey Eyzenşteyn və başqalarının adları və telefon nömrələri qeyd edilib.

Keçiriləcək hərracda Fyodor Şalyapin, Lev Tolstoy, Maksim Qorki, Konstantin Stanislavski, Mixail Şoloxov, Lyubov Orlova, Serqey Mixalkov, Leonid Utyosov və başqa məşhurların ən nadir fotoları satışa çıxarılacaq.

İlkin məlumata əsasən, 360 nadir əşya və sənədlərin satışa çıxarılacağı hərracın ümumi satış məbləği 6 milyon rubldur.


Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi