Yuxarı

Qılman İlkinə həsr olunan "Sənətkar şəxsiyyəti" adlı kitab çap ediləcək

Kitabda yazıçının dostlarının xatirələri toplanıb

Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycanın mərhum xalq yazıçısı Qılman İlkinin xatirəsinə həsr olunan "Sənətkar şəxsiyyəti" adlı kitab çap ediləcək.

Bu barədə "Report"a yazıçının oğlu Ayaz Musayev məlumat verib.

Onun sözlərinə görə, kitabda yazıçının dostlarının xatirələri yer alıb. A.Musayev deyib ki, atası haqqında xatirələri özü toplayıb kitab halına gətirib və çap edilməsi üçün yaxın günlərdə nəşriyyata verəcək. 

O bildirib ki, M.F.Axundov adına Milli Kitabxanada yazıçı Qılman İlkinin biblioqrafiyası hazırlanır. Biblioqrafiyanın payıza hazır olması nəzərdə tutulub.

Xatırladaq ki, 2014-cü ildə Q.İlkinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib. Bu münasibətlə yazıçının "Bakı və bakılılar" kitabının dördüncü nəşri bu yaxınlarda çapdan çıxıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi