Yuxarı
    Bağlamaq

    Qarabağ mövzusuna həsr olunan "Boz eşşəyin məktubları" Litvada nəşr edilib

    Hekayə Litva Azәrbaycanlıları Cәmiyyәtinin tәşәbbüsü ilә tәrcümә olunub

    Bakı. 3 may. REPORT.AZ/ Yazıçı-dramaturq Elçin Hüseynbәylinin Qarabağ müharibəsi mövzusunda yazdığı “Boz eşşəyin məktubları” hekayәsi Litvada işıq üzü görüb.

    Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hekayə Litva Yazıçılar İttifaqının “Literatura ir Menas” (“Әdәbiyyat vә İncәsәnәt”) hәftәliyinin 2016-cı il aprelin 8-də çıxan 14-cü sayında çap edilib.

    Əsəri orijinaldan Litva dilinə tanınmış türkoloq alim və tərcüməçi, Karay türklәrinin ünlü simalarından biri, Litvanın nüfuzlu ictimai-mәdәni xadimi, Litvanın Azərbaycan və Türkiyədəki sabiq səfiri, Azәrbaycan Yazıçılar Birliyinin fәxri üzvü Halina Kobetskayte vә Litva Azәrbaycanlıları Cәmiyyәtinin sәdri, Litva Ədəbi Tərcüməçilər İttifaqının üzvü, ədəbiyyatşünas və tərcüməçi Mahir Hәmzәyev çevirib.

    Publikasiya, litoqrafiya və oymaları ilə tanınmış latış rəssamı və qrafika əsərləri ustası Lasma Puyatenin linoqravür texnikası üsulu ilə yaratdığı "Resolve" ("Düyün") adlı əsəri ilə illüstrasiya olunub.

    Bu tәrcümә Litva oxucularının E.Hüseynbәyli yaradıcılığı ilә ilk tanışlığı deyil. Belә ki, 2013-cü ildәn indiyədək Litvanın әdәbi­-bәdii jurnallarında Azәrbaycan nasirinin 7 әsәri – “Nәnәm, babam vә kommunizm”, “Sular günәşә nәğmә oxuyanda”, “Mәzar gәlini”, “Gözünә gün düşür”, “İlk öpüş”, "Oyun“ vә “Qumru quşu” adlı hekayәlәri oxuculara tәqdim olunub.

    "Boz eşşəyin məktubları"nın tərcüməsi ədibin Litva oxucuları ilə səkkizinci görüşüdür.

    Əsәrlәr Litva Azәrbaycanlıları Cәmiyyәtinin tәşәbbüsü ilә tәrcümә edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi