Yuxarı

Qabriel Qarsiya Markesin qalıqları Kolumbiyada universitetin zirzəmisində basdırılıb

Dəfn mərasimində Kolumbiya prezidenti Xuan Manuel Santos da daxil olmaqla 400 qonaq iştirak edib

Bakı. 23 may. REPORT.AZ/ Ədəbiyyat üzrə kolumbiyalı Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin qalıqları Kolumbiyada Kartaxena universitetinin zirzəmisində basdırılıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, dünyaca məşhur yazıçı, jurnalist, naşir, siyasi xadim iki il əvvəl 87 yaşında vəfat etdiyi Meksikadan vətəninə gətirilib.

Keçmiş "La Mersed" monastırı indi universitetin bir hissəsinə çevrilib. Universitetin yaxınlığında isə Markesin artıq muzeyi olacaq ailəvi evi yerləşir.

Q.Q.Markesin qalıqlarının universitet həyətində mərasimində Kolumbiya prezidenti Xuan Manuel Santos da daxil olmaqla 400 qonaq iştirak edib.

Qeyd edək ki, "100 il tənha" və "Taun zamanı sevgi" kimi əsərlərin müəllifi olan kolumbiyalı yazıçı ömrünün xeyli hissəsini məhz Kartaxenada keçirib. O, ilk dəfə şəhərə 1948-ci ildə, yerli qəzetdə jurnalist olmaq üçün gəlibmiş.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi