Yuxarı

​Povestində mənfi azərbaycanlı obrazı yaradan rus yazıçısı xəstəxanada keçinib

Valentin Rasputin komadan ayılmayıb

Bakı. 15 mart. REPORT.AZ/ Martın 14-dən 15-nə keçən gecə tanınmış Rusiya yazıçısı Valentin Rasputin 78 yaşında vəfat edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, yazıçı ağır vəziyyətdə yerləşdirildiyi xəstəxanada, dörd gün komada qaldıqdan sonra keçinib.

Rasputin 1937-ci il martın 15-də İrkutsk vilayətinin Atalanka kəndində doğulub. O, Sovet "kənd nəsri"nin əsasını qoyanlardan biri hesab olunur. Rasputinin 2004-cü ildə yazdığı "İvanın qızı, İvanın anası" («Дочь Ивана, мать Ивана») povesti rezonansa səbəb olub. Yazıçı bu əsərində bazarda ticarət ilə məşğul olan azərbaycanlını mənfi obraz kimi qələmə verib. Povestdə qadın qızına qarşı zor tətbiq edən azərbaycanlını qətlə yetirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi