Yuxarı
    Bağlamaq

    Polşada Abbasqulu Ağa Bakıxanovun xatirə lövhəsi quraşdırılacaq

    Səfir Həsən Həsənov Lubelski rayonun rəhbərliyi ilə görüşüb

    Varşava. 2 may. REPORT.AZ/ Polşanın Lubelski rayonundakı N.Kopernik adına məktəbdə Abbasqulu Ağa Bakıxanov və N.Kopernikə həsr edilən xatirə lövhəsi quraşdırılacaq. 

    Azərbaycanın Polşadakı səfirliyindən “Report”un Şərqi Avropa bürosuna verilən məlumata görə, lövhənin quraşdırılması ilə bağlı danışıqların aparılması məqsədilə Azərbaycanın bu ölkədəki səfiri Həsən Həsənov sözügedən rayona səfər edib. 

    Səfir səfər çərçivəsində Lubelski rayonun rəhbəri Pavel Pikula, rayon idarə heyətinin üzvü Dariuş Qayo, təhsil və ictimai məsələlər üzrə direktor Beata Yanişevska-Brudiş və N.Kopernik adına məktəbin direktoru Eljbieta Kaşlikovska ilə görüşüb. 

    Görüşlərin nəticəsi olaraq xatirə lövhəsinin açılışı iyunun 6-na təyin edilib. 

    Qeyd edək ki, həmin gün N. Kopernik adına məktəbdə hər il ənənəvi olaraq “Elm” günü kimi qeyd edilir. Bu il keçiriləcək tədbir azərbaycanlı alim, mütəfəkkir A.A.Bakıxanova həsr ediləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi