Yuxarı
    Bağlamaq

    Nurəngiz Gün vəfat edib

    O, Milli Məclisin deputatı Jalə Əliyevanın anasıdır

    Bakı. 20 dekabr. REPORT.AZ/ Azərbaycan şairəsi Nurəngiz Gün uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

    Bu barədə "Report"a AYB-nin mətbuat katibi Xəyal Rza məlumat verib.

    Xəyal Rza şairə xanımın uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkdiyini deyib. "Hazırda Nurəngiz Günün cənazəsi məscidə aparılıb. Hələlik şairənin nə zaman və harada dəfn ediləcəyi dəqiqləşdirilməyib".

    Qeyd edək ki, Nurəngiz Quliyeva (Gün) 1938-ci ildə Bakıda anadan olub. 1981-ci ildə "Ulduz" jurnalında dərc edilən "Tanrı" povesti ilə tanınıb. Nurəngiz Gün bir müddət Azərbaycan televiziyasında diktor kimi fəaliyyət göstərib. "Var olun qızlar" bədii filmində çəkilib.

    Şairə Nurəngiz Gün Milli Məclisin deputatı Jalə Əliyevanın anasıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi