Yuxarı
    Bağlamaq

    Norveç səfiri Tərcümə Mərkəzində olub

    Azərbaycan ədəbiyyatının Norveç dilinə tərcüməsinin təşkili və Osloda nəşri məsələləri müzakirə olunub

    Bakı 10 fevral. REPORT.AZ/ Norveç Krallığının Azərbaycandakı səfiri Bord İvar Svendsen Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

    Mərkəzdən "Report"a verilən məlumata görə, görüş zamanı əsərləri Azərbaycan dilinə tərcümə edilən və zaman-zaman Mərkəzin “Xəzər” dünya ədəbiyyatı jurnalında nəşr edilən Henrik İbsen, Knut Hamsun, Arvid Turgeyr Li, Yusteyn Qorder, Tarey Vesos kimi məşhur ədiblərin yaradıcılığından, Azərbaycanda Norveç ədəbiyyatına olan maraqdan söz açılıb. 

    Həmçinin Azərbaycan ədəbiyyatının Norveç dilinə tərcüməsinin təşkili və Osloda nəşri məsələləri müzakirə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi