Nobel mükafatçısı vəfat edib

Nobel mükafatçısı vəfat edib Yazıçıya şöhrət gətirən romanları "Talesiz" və "Fiasko" adlı əsərləri olub
Ədəbiyyat
31 Mart , 2016 12:00
Nobel mükafatçısı vəfat edib

Bakı. 31 mart. REPORT.AZ/ Macar yazıçısı, Nobel mükafatı laureatı İmre Kertes dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

86 yaşlı macar yazıçısı uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

İmre Kertes 2002-ci ildə Nobel mükafatına layiq görülüb.

Yazıçıya şöhrət gətirən romanları "Talesiz" və "Fiasko" adlı əsərləri olub.

Budapeştdə yəhudi əsilli ailədə dünyada gələn yazıçı 1944-45-ci illərdə məhbus həyatı yaşayıb. O, yazdığı əsərlərinin bir çoxunda yaşadığı məhbus həyatını əks etdirib.

Son xəbərlər

Orphus sistemi