Yuxarı

Nizami Gəncəvinin "Xəmsə"si özbək dilinə tərcümə olunacaq

Bununla əlaqədar Özbəkistanın xalq şairi Camal Kamal ilə müqavilə imzalanıb

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycanın dahi şairi Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan əsərlərin bütövlükdə özbək dilinə tərcümə olunmasına dair müqavilə imzalanıb.

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, müqavilə mərkəzin direktoru Samir Abbasovla Özbəkistanın xalq şairi Camal Kamal arasında imzalanıb.

Müqaviləyə əsasən, C.Kamalın rəhbərliyilə xüsusi Redaksiya Şurası yaradılacaq.

İlkin olaraq 2016-cı ilin aprel ayında "Sirlər Xəzinəsi" əsərinin tamamlanması nəzərdə tutulub. C.Kamalın verdiyi məlumata görə, bütövlükdə Nizaminin 5 əsərinin tərcüməsi 2017-ci ilin iyul ayında tamamlanacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi