Yuxarı
    Bağlamaq

    Nizami Gəncəvinin Dərbənddəki heykəli və adına olan park dağılıb - VİDEO

    Nizami Gəncəvinin heykəli 1992-ci ildə Bakıdan Dərbəndə aparılıb

    Bakı. 30 sentyabr. REPORT.AZ/ Nizami Gəncəvinin Dərbənddə qoyulan heykəli bərbad vəziyyətə düşüb. "Report"un müxbirinin verdiyi məlumata görə, abidənin barmaqları qırılıb, dahi Azərbaycan şairinin adına park xarabalığı xatırladır.

    Heykəlin qoyulması və parkın salınmasında iştirak etmiş 77 yaşlı Zeynal Babayev "Report"a deyib ki, heykələ dəfələrlə xəsarət yetirlib: "Abidənin bərpasına çalışmışıq. Abidənin və parkın mühafizəsi ilə bağlı polisə və Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Dərbənd regional bölməsinin sədri Seyran Hacıyevə dəfələrlə müraciət etmişik. Ancaq bu vəziyyətə adi hal kimi yanaşırlar. Yerli hakimiyyət orqanları parkı və abidənin bərpası və yenidənqurulması görüntüsünü yaradırlar. Parkın ətrafı zibilxanaya çevrilib. Məsələyə öz laqeyd münasibətləri ilə yerli rəsmilər parkın və abidənin gələcək mövcudluğunu sual altına qoyurlar".

    Xatırladaq ki, Nizami Gəncəvinin heykəli 1992-ci ildə Bakıdan Dərbəndə aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi