Yuxarı

"Nəsimi İli"nin yekunları ilə bağlı sessiyada elmi məruzələr dinlənilib

​"Nəsimi İli"nin yekunları ilə bağlı sessiyada elmi məruzələr dinlənil
© Report

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutununda “Nəsimi ili”nin yekunlarına həsr olunan konfrans elmi çıxışlarla davam etdirilib. 

"Report"un xəbərinə görə, sessiyada Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu elmi məruzələr söyləyiblər. 

Daha sonra Ədəbiyyat İnstitutunun əməkdaşlarından əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin, Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Fəridə Əzizovanın, Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Mahirə Quliyevanın çıxışları dinlənilib.

Çıxış edənlər ölkə başçısının müvafiq sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsinin şairin yaradıcılığının öyrənilməsində vacib amil olduğunu bildiriblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi