Nəriman Həsənzadənin 85 illik yubileyi münasibətilə tədbir keçirilib

Nəriman Həsənzadənin 85 illik yubileyi münasibətilə tədbir keçirilib “Bir şair ömrünü yaşatmaq üçün” adlı tədbirdə şairin şeirlərinə yazılan mahnılar səsləndirilib
Ədəbiyyat
15 Mart , 2016 20:30
Nəriman Həsənzadənin 85 illik yubileyi münasibətilə tədbir keçirilib

Bakı. 15 mart. REPORT.AZ/ Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Nəsimi rayon Mərkəzləşdirilmiş Kitabxanası 111 saylı tam orta məktəb ilə birgə şair Nəriman Həsənzadənin 85 illik yubileyi münasibətilə “Bir şair ömrünü yaşatmaq üçün” adlı tədbir keçirib.

"Report" xəbər verir ki, bu barədə məlumatı Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi yayıb.

Tədbirdə iştirak edən yubilyar tədbirin təşkilatçılarına, iştirakçılarına minnətdarlığını bildirib.

Yubiley gecəsində “Fikir eləmə”, “Çağır məni”, “Sən bağışladın” şeirləri və həmin şeirlərə yazılan mahnılar səsləndirilib.

Nəriman Həsənzadə tədbir iştirakçılarına şeirlərini oxuyub.

Son xəbərlər

Orphus sistemi