Nazirlik və Yazıçılar Birliyi koronavirusla bağlı hekayə yazanları mükafatlandırdı

Nazirlik və Yazıçılar Birliyi koronavirusla bağlı hekayə yazanları mükafatlandırdı Mədəniyyət Nazirliyinin Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə birgə elan etdiyi “Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabəqəsi”nin qalibləri müəyyənləşib.
Ədəbiyyat
12 İyun , 2020 12:01
Nazirlik və Yazıçılar Birliyi koronavirusla bağlı hekayə yazanları mükafatlandırdı

Mədəniyyət Nazirliyinin Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə birgə elan etdiyi “Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabəqəsi”nin qalibləri müəyyənləşib.

"Report" xəbər verir ki, müsabiqəyə 417 hekayə təqdim olunub. 29 hekayə müəyyən edilmiş müsabiqə qaydalarına cavab vermədiyi üçün qəbul edilməyib.

Komissiyanın 5 üzvü tərəfindən müsabiqəyə qəbul olunan 388 hekayənin mövzu, bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılıb və müəyyən edilmiş qiymətləndirmə cədvəlinə müvafiq olaraq əsərlərə hər bir üzv tərəfindən 10 ballıq şkala əsasında qiymət verilib.

Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabəqəsi”nin komissiyasının fərdi qiymətləndirmə cədvəlinə əsasən alınmış ümumi nəticəyə və komissiyanın yekun qərarına müvafiq olaraq aşağıdakı hekayələr müsabiqənin qalibləri elan edilib:

I yerin qalibi Natiq Məmmədli (“Taclı mələklər”) olub.

II yeri Sevinc Elsevər (“A quşlarım, getməyin...”), III yeri Cavi Dan (“Ev”) qazanıb.

Reyhan Yusifqızı (“Həkimin gündəliyi”), Əkbər Qoşalı (“İradə, mən ölürəm...”) isə Xüsusi mükafat üzrə qiymətləndirilib.

Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən, müsabiqənin I yer üzrə qalibinə 2000 (iki min), II yer üzrə qalibinə 1500 (bir min beş yüz) və III yer üzrə qalibinə 1000 (bir min), xüsusi mükafat üzrə qaliblərə 500 manat məbləğində pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olunacaq.

Qısa zamanda qaliblərin mükafatlandırılması xüsusi karantin rejimi və sosial izolyasiya qaydalarına müvafiq olaraq təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi