“Naxçıvan dünyanın ən qədim şəhərlərindən biri” kitabının təqdimatı olub

“Naxçıvan dünyanın ən qədim şəhərlərindən biri” kitabının təqdimatı olub Kitabın elmi redaktoru İsa Həbibbəylidir
Ədəbiyyat
15 Noyabr , 2016 20:30
“Naxçıvan dünyanın ən qədim şəhərlərindən biri” kitabının təqdimatı olub

Bakı. 15 noyabr. REPORT.AZ/ AMEA-nın Naxçıvan Bölməsinin Dəyirmi zalında AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Gingiz Qacarın rus dilində nəşr edilən “Naxçıvan dünyanın ən qədim şəhərlərindən biri” kitabının təqdimat mərasimi keçirilib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən "Report"a verilən məlumata görə,AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev Naxçıvan tarixinə həsr edilmiş kitabın əhəmiyyətindən danışıb. O bildirib ki, Ulu öndər Hеydər Əliyеvin əziz xatirəsinə həsr olunan və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə “Əcəmi” nəşriyyatında yüksək poliqrafik səviyyədə çap edilən dəyərli əsərdə Naxçıvanın tarixi, arxeolojiyası, etnoqrafiyası, mədəniyyəti, eyni zamanda, görkəmli şəxsiyyətləri barəsində məlumatlar və foto şəkillər öz əksini tapıb.

Sonra “Dünyanın qədim şəhərlərindən biri-Naxçıvan tarixinə həsr edilmiş dəyərli əsər” mövzusunda AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev geniş məruzə edib.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Musa Quliyev, həmin institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şxəliyev çıxış edərək “Naxçıvan dünyanın ən qədim şəhərlərindən biri” kitabının rus dilində nəşr olunmasını Naxçıvan tarixinin dünyada təbliği istiqamətində böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.

Son xəbərlər

Orphus sistemi