​Nəsrəddin Tusinin 740 illiyi ilə əlaqədar beynəlxalq konfrans keçiriləcək

​Nəsrəddin Tusinin 740 illiyi ilə əlaqədar beynəlxalq konfrans keçiriləcək Nəsrəddin Tusinin 740 illiyində İspaniya, Fransa, İngiltərə, İsveçrə, Rusiya, İran, Özbəkistan və s. ölkələrin alimləri iştirak edəcək
Ədəbiyyat
120
4 Sentyabr , 2014 11:10
​Nəsrəddin Tusinin 740 illiyi ilə əlaqədar beynəlxalq konfrans keçiriləcək
Bakı. 4 sentyabr. REPORT.AZ / Nəsrəddin Tusinin 740 illiyində İspaniya, Fransa, İngiltərə, İsveçrə, Rusiya, İran, Özbəkistan və s. ölkələrin alimləri iştirak edəcək.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report" a verilən məlumata görə, nazirliyin təşkilatçılığı ilə Nəsrəddin Tusinin vəfatının 740 illiyi ilə əlaqədar beynəlxalq konfrans keçiriləcək. Konfrans, sentyabrın 10-da saat 11:00-da baş tutacaq.

Konfransda dünyanın müxtəlif ölkələrindən - İspaniya, Fransa, İngiltərə, İsveçrə, Rusiya, İran, Özbəkistan və s. alimlər iştirak edəcək.

AMEA Riyaziyyat və Mexanika İnstitutundan bildirilib ki, tədbir iki gün davam edəcək.

Konfransın bölmə iclasları Azərbaycan Universiteti və Şamaxıda Tusi adına Astrofizika Rəsədxanasında keçiriləcək.

Qeyd edək ki, tədbir "Riyaziyyatın və astronomiyanın tarixi, mövcud durumu və gələcəyə baxış" mövzusunda təşkil olunacaq. Tədbirin təşkilatçıları AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. 

Son xəbərlər

Orphus sistemi