Yuxarı

“Mustafa Kamal Atatürk-135” adlı sərgi açılıb

Sərgi Milli Kitabxanada keçirilir

Bakı. 14 aprel. REPORT.AZ/ Aprelin 14-də Milli Kitabxanada Türkiyə Cümhuriyyətinin ilk prezidenti, görkəmli dövlət xadimi, marşal, Türk Qurtuluş Savaşının öndəri Mustafa Kamal Atatürkün anadan olmasının 135-illiyi münasibətilə “Mustafa Kamal Atatürk-135” adlı kitab sərgisi açılıb.

"Report" xəbər verir ki, sərgidə M.K.Atatürkə aid kitablar, sənədlər nümayiş etdirilir.

Qeyd edək ki, Mustafa Kamal Atatürk 1881-ci il mayın 19-da anadan olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi