“Müasir nağıllar” kitabı nəşr olunub

“Müasir nağıllar” kitabı nəşr olunub Kitabın redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylidir
Ədəbiyyat
29 Noyabr , 2017 12:57
“Müasir nağıllar” kitabı nəşr olunub

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Vüqar Haqverdiyevin uşaqlar üçün yazdığı “Müasir nağıllar” kitabı işıq üzü görüb.

"Report"un məlumatına görə, kitab görkəmli ədəbiyyatşünas alim, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin redaktorluğu ilə “Nafta-Press” nəşriyyatı tərəfindən yüksək poliqrafik keyfiyyətdə nəşr edilib. 

Nəşrə müəllifin son illər yazdığı əsərlər, o cümlədən Azərbaycan uşaq ədəbiyyatının inkişafı ilə bağlı ölkədə keçirilmiş mötəbər nağıl müsabiqələrində yüksək yerlərə layiq görülmüş nağıllar daxil edilib.

Kitabda yer almış nağıllar uşaqlar üçün böyük tərbiyəvi əhəmiyyət daşımaqla bərabər, həm də mövzu, ideya, məzmun, süjet baxımından müasirliyi və orijinallığı ilə seçilir. Müəllifin özü tərəfindən süjetlərə uyğun olaraq çəkilmiş rəngli şəkillər isə nağıllardakı obrazları və hadisələri daha aydın təsəvvür etməyə kömək edir.

Qeyd edək ki, V.Haqverdiyev Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti Aparatının Elm və Təhsil İdarəsinin rəis müavinidir. O, ölkədə keçirilmiş “Müasir uşaq nağılı” müsabiqələrində, eləcə də jurnalist yazı müsabiqələrində dəfələrlə yüksək yerlərə layiq görülüb. 

Son xəbərlər

Orphus sistemi