Yuxarı

Mövlananın Azərbaycan dilinə tərcümə edilmiş kitabı Türkiyədə çapdan çıxıb

Əsərə Mövlananin həyatı və irsi haqqında yığcam, lakin dolğun məzmunlu məlumatlar daxil edilib

Bakı. 6 fevral. REPORT.AZ/ Türk dünyasının böyük mütəfəkkiri Mövlana Cəlaləddin Ruminin "Məsnəvi" kitabı Azərbaycan dilinə tərcümə olunub.

"Report" xəbər verir ki, bütün türk-islam əxlaqı və düşüncəsini özündə əks etdirən “Məsnəvi” üçcildliyi türkiyəli alim, professor Adnan Qaraismayıloğlunun orijinaldan tərcüməsi əsasında AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev tərəfindən Azərbaycan dilinə çevrilərək Türkiyədə nəşr edilib.

“Məsnəvi”nin Azərbaycan dilində nəşrinin təşəbbüsçüsü və hamisi Türkiyə Cümhuriyyəti Konya Böyükşəhər Bələdiyyəsinin rəhbəri Tahir Akyürəkdir. Əsərə Mövlananın həyatı və irsi haqqında yığcam, lakin dolğun məzmunlu məlumatlar daxil edilib.

Qeyd edək ki, kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun təşəbbüsü ilə nəşr olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi