Yuxarı
    Bağlamaq

    Moskvada Nazim Hikmətin məzarı ziyarət olunub

    İyunun 3-ü böyük türk şairinin dünyasını dəyişdiyi gündür

    Bakı. 3 iyun. REPORT.AZ/ Bu gün böyük türk şairi Nazim Hikmətin dünyasını dəyişməsindən 53 il ötür.

    "Report" xəbər verir ki, bu münasibətlə şairin Moskvanın Novodeviçe qəbiristanlığında olan məzarı ziyarət edilib.

    Şairin məzarını ziyarət edənlər arasında Rusiyada yaşayan türklərlə yanaşı, Rusiyanın ədəbi ictimaiyyətinin nümayəndələri də olub.

    Şairin məzarını ziyarət edənlər arasında türk sənətçisi Zülfü Livanəli də olub.

    Çıxışlarla başlanan anım tədbiri bəyaz göyərçinlərin səmaya buraxılması ilə başa çatıb. Anım tədbiri axşam saatlarında Nazim Hikmətə həsr edilən konsert proqramı ilə başa çatacaq.

    Nazim Hikmət 1963-cü il iyunun 3-də Moskvada vəfat edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi