“Molla Pənah Vaqif” adlı kitab çap olunub

“Molla Pənah Vaqif” adlı kitab çap olunub Kitabda ədibin yaradıcılığı geniş aspektdə təhlil edilib
Ədəbiyyat
6 Mart , 2017 11:59
“Molla Pənah Vaqif” adlı kitab çap olunub
mct.gov.az

Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor, deputat Nizami Cəfərovun “Molla Pənah Vaqif” adlı kitabı çap olunub.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə işıq üzü görən nəşr Azərbaycan Prezidentinin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” sərəncamının icrası ilə hazırlanıb. 

Kitabda dahi söz ustasının həyat yolundan söhbət açılır, ədibin yaradıcılığı geniş aspektdə təhlil edilir. Vaqifşünaslığın zəngin ənənələrinə əsaslanan əsər eyni zamanda bir sıra yeni ideyaları ilə seçilir. İngilis dilində xülasənin daxil edildiyi kitab “Renessans-A” Nəşriyyat Evində yüksək poliqrafik keyfiyyətlə çap olunub.

Nazirlikdən bildirilib ki, sentyabrın 28-30-da  Bakı şəhərində baş tutacaq V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində “Molla Pənah Vaqif” kitabının geniş təqdimatı keçiriləcək.

Kitab Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaq.

Son xəbərlər

Orphus sistemi