“Molla Nəsrəddin-110” adlı kitab sərgisi açılıb

“Molla Nəsrəddin-110” adlı kitab sərgisi açılıb Sərgi Milli Kitabxanada nümayiş etdirilir
Ədəbiyyat
8 Aprel , 2016 20:00
“Molla Nəsrəddin-110” adlı kitab sərgisi açılıb

Bakı. 8 aprel. REPORT.AZ/ Milli Kitabxanada Azərbaycan mətbuatı tarixində ilk satirik jurnal olan “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 110 illiyi münasibətilə “Molla Nəsrəddin-110” adlı kitab sərgisi açılıb.

"Report" xəbər verir ki, bu barədə Milli Kitabxanadan məlumat verilib.

Sərgidə Azərbaycan mətbuatının inkişaf tarixinə, ilk satirik, populyar jurnal olan “Molla Nəsrəddin” jurnalının yaranmasına həsr olunmuş kitablar, jurnalın redaktoru olan Cəlil Məmmədquluzadənin əsərləri, mollanəsrəddinçilərin kitabları sərgilənir.

Son xəbərlər

Orphus sistemi