Yuxarı
    Bağlamaq

    Moldovada “Müasir Azərbaycan Ədəbiyyatı” antologiyasının təqdimatı olacaq

    Kişinyov. 11 dekabr. REPORT.AZ/ "Gələn il Moldovanın paytaxtı Kişineu “Müasir Azərbaycan Ədəbiyyatı” antologiyasının təqdimatı keçiriləcək". 

    Bunu “Report”un Şərqi Avropa bürosuna Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov deyib.

    O, 2017-ci ili Azərbaycan diasporu üçün uğurlu hesab edir: “Bu il də bir çox layihələr həyata keçirdik, onlar tarixə düşəcək layihələrdir. Bunlardan Moldovanın Sıncerey şəhərində Moldova və Azərbaycan xalqlarının dostluğunu təcəssüm etdirən "Dostluq qapısı” abidəsinin təntənəli açılışını, Elçin ƏfəndiyevÇingiz Abdullayevin kitablarının və “Müasir Azərbaycan Ədəbiyyatı” antologiyasının rumın dilinə tərcüməsini qeyd edə bilərəm".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi