Yuxarı

Miniatür Kitab Muzeyinin Gəncədə filialı açılacaq

Gəncə filialında 650 kitab nümayiş etdiriləcək

Bakı. 6 iyun. REPORT.AZ/ Miniatür Kitab Muzeyi görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin ömür yolunu əks etdirən, yazıçının sağlığında öz dəsti-xətti ilə yazılmış bioqrafiyasını miniatür kitab şəklində nəşr edib.

Bunu "Report"a açıqlamasında Miniatür Kitab Muzeyinin təsisçisi və direktoru Zərifə Salahova deyib.

O, nəşrin hazır olduğunu, amma ilk təqdimat mərasiminin Naxçıvanda keçiriləcəyini bildirib: "2014-cü il dekabrın 18-də Naxçıvan Muxtar Respublikasında Miniatür Kitab Muzeyinin filialı açılıb. Muzeydə kitablarımızın nümayiş edildiyi 12 vitrin fəaliyyət göstərir. 31 ölkədə nəfis tərtibatla çap edilən kitablarımızın ümumi sayı 1090 ədəddir. Məmməd Səid Ordubadiyə həsr edilən kitabın ilk təqdimatını muzeyimizin Naxçıvan filialında etmək istəyirik. Daha sonra Bakıda kitabın təqdimatı olacaq".

Z.Salahova Miniatür Kitab Muzeyində zəngin kitab kolleksiyasının olduğunu bildirib: "Kitablar çoxdur. Muzeyimizdə kifayət qədər kitab var. Ona görə də yaxın vaxtlarda Miniatür Kitab Muzeyinin bir filialını da Gəncədə açmağı düşünürük. Gəncə filialımızda 650 kitab nümayiş etdiriləcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi