Yuxarı

Milli Kitabxanada kitab sərgiləri açılıb

Kitabxanada 3 sərgi təşkil edilib

Bakı. 28 dekabr. REPORT.AZ/ M.F.Axundov adına Milli Kitabxanada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “31dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür” adlı kitab sərgisi açılıb.

"Report" xəbər verir ki, sərgi Azərbaycanda neft kimyasının bünövrəsini qoyan kimyaçı-alim, ictimai və siyasi xadim, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin anadan olmasının 110 illiyinə həsr olunub. 

Sərgidə alimin əsərləri, haqqında yazılan kitablar, qəzet və jurnal materialları təqdim olunur. 

Bundan başqa, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı Yusif Səmədoğlunun anadan olmasının 80 illiyi münasibətilə “Yusif Səmədoğlu-80” kitab sərgisi də açılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi