Yuxarı

"Milli hüzn və əzm gününün tarixi dərsləri" mövzusunda elmi sessiya keçirilib

20 Yanvar hadisələri müstəqilliyə gedən yolun başlanğıcı oldu

Bakı. 16 yanvar. REPORT.AZ/ Bu gün AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı "Milli hüzn və əzm gününün tarixi dərsləri" mövzusunda elmi sessiya keçirilib. "Report" xəbər verir ki, ilk olaraq faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri giriş sözü ilə muzeyin direktoru Rafael Hüseynov açıb. O deyib ki, bu gün hadisələr zəncirində sadəcə bir gündür: "Biz bu günü "Qara bayram" adlandırırıq. Əslində qara və bayram sözləri bir-birinə təzad təşkil edir. 25 il bundan əvvəl baş vermiş hadisə təbii ki, Azərbaycan xalqının tarixində ən faciəli səhifələrindən biri olmaqla yanaşı, həm də qəhrəmanlıq salnaməsidir". 

R.Hüseynov qeyd edib ki, qırğınlara baxmayaraq, sovet rejimi Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi: "20 Yanvar hadisələri müstəqilliyə gedən yolun başlanğıcı oldu". 

Tədbirdə filologiya üzrə elmlər doktorları Xatirə Bəşəri, Şəfəq Əlibəyli və başqaları 20 Yanvar faciəsi, onun siyasi mahiyyəti barədə məruzələrlə çıxış ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi