Məşhur yazıçı Bakıya gələcək

Məşhur yazıçı Bakıya gələcək Oljas Süleymenov AMEA Nizami adına Ədəbiyyat İnstitutunun fəxri doktoru adı ilə təltif olunacaq
Ədəbiyyat
23 Aprel , 2016 10:51
Məşhur yazıçı Bakıya gələcək

Bakı. 23 aprel. REPORT.AZ/ Məşhur qazaxıstanlı yazıçı-şair Oljas Süleymenov Bakıya gələcək. 

Qazaxıstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, O.Süleymenov aprelin 25-də Azərbaycan Milli Elmlər Akademiyasında görüş keçirəcək. Görüşdə yazıçı AMEA Nizami adına Ədəbiyyat İnstitutunun fəxri doktoru adı ilə təltif olunacaq.

Tədbirdə AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev, eləcə də Azərbaycan və Qazaxıstanın alim və ədəbiyyatşünasları iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi