Yuxarı

Məşhur qazaxıstanlı yazara Azərbaycanda fəxri ad verilib

Oljas Süleymenov AMEA-da olub

Bakı. 25 aprel. REPORT.AZ/ Məşhur qazaxıstanlı yazıçı-şair Oljas Süleymenov Azərbaycan Milli Elmlər Akademiyasında olub.

"Report" Qazaxıstanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, O.Suleymenov AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli ilə görüşüb, eləcə də Akademiyanın fəaliyyəti ilə tanış olub.

Ardından şairin AMEA Nizami adına Ədəbiyyat İnstitutunun fəxri doktoru adı ilə təltifetmə mərasimi keçirilib.

Tədbirdə həmçinin Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev, Milli Məclisin deputatı Nizami Cəfərov, Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru Qalimkair Mutanov, BDU-nun rektoru Abel Məhərrəmov, eləcə də Azərbaycanın görkəmli alim və ədəbiyyatşünasları iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi