Mərhum yazıçının “Biz yenə qayıdacağıq” adlı kitabının təqdimat mərasimi olub

Mərhum yazıçının “Biz yenə qayıdacağıq” adlı kitabının təqdimat mərasimi olub Təqdimatda yazıçının ailə üzvləri və millət vəkilləri iştirak edib
Ədəbiyyat
14 İyul , 2015 19:02
Mərhum yazıçının “Biz yenə qayıdacağıq” adlı kitabının təqdimat mərasimi olub

Bakı. 14 iyul. REPORT.AZ/ Bu gün Beynəlxalq Mətbuat Mərkəzində xalq yazıçısı, nasir, əməkdar incəsənət xadimi, mərhum Sabir Əhmədlinin "Biz yenə qayıdacağıq" kitabının təqdimat mərasimi olub.

"Report" xəbər verir ki, təqdimatda yazıçının ailə üzvləri, dostları və millət vəkilləri Aqil Abbas, Sabir Rüstəmxanlı iştirak edib.

Qeyd edək ki, Sabir Əhmədli 1930-cu il iyulun 10-da Cəbrayıl rayonunun Cəbrayıl kəndində anadan olub. ADU-nun filologiya fakültəsini bitirib. "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri, baş redaktor vəzifələrində çalışıb.

II Dünya müharibəsi qəhrəmanı Cəmil Əhmədovun qardaşıdır.

Mərhum yazıçı Sabir Əhmədlinin oğlu Məhəmməd Qarabağ müharibəsində şəhid olub.

Son xəbərlər

Orphus sistemi