Mərhum yazıçı Mövlud Mövludun ilk kitabının təqdimatı keçiriləcək

Mərhum yazıçı Mövlud Mövludun ilk kitabının təqdimatı keçiriləcək Kitabın satışından əldə olunan gəlir M.Mövludun övladına bağışlanacaq
Ədəbiyyat
24 May , 2017 13:42
Mərhum yazıçı Mövlud Mövludun ilk kitabının təqdimatı keçiriləcək

Bakı. 24 may. REPORT.AZ/ M.F.Axundov adına Milli Kitabxananın Açıq Kitabxanasında mərhum gənc yazıçı Mövlud Mövludun "Çətirsiz" adlı hekayələr kitabının təqdimatı keçiriləcək.

“Report”un məlumatına görə, təqdimat may ayının 27-də baş tutacaq, 12.00-dan 14.00-a qədər davam edəcək.

Kitabın satışından əldə olunan gəlir M.Mövludun övladına bağışlanacaq.

M.Mövludun “Çətirsiz” hekayələr kitabı Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası seriyasından işıq üzü görən 15-ci kitabdır.

Qeyd edək ki, M.Mövlud 1989-cu ildə anadan olub. O, 2017-ci ilin martın 16-da özünü binanın 17-ci mərtəbəsindən ataraq intihar edib. "Çətirsiz" mərhum yazıçının ilk kitabıdır. 

Son xəbərlər

Orphus sistemi