Yuxarı
    Bağlamaq

    Məmməd Aslan Xırdalanda Kəlbəcər qaçqınlarının qəbiristanlığında dəfn olunacaq

    Mərhumun cənazəsi Zaqataladan Bakıdakı Göy məscidə gətirilib

    Bakı. 23 sentyabr. REPORT.AZ/ Ötən gecə dünyasını dəyişən əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Məmməd Aslan Xırdalanda Kəlbəcər qaçqınlarının qəbiristanlığında dəfn olunacaq.

    "Report" xəbər verir ki, mərhumun cənazəsi Zaqataladan Bakıdakı Əjdərbəy (Göy) məscidinə gətirilib.

    Qohumlarının verdiyi məlumata görə, şair Zaqatalada qızının evində vəfat edib. Səhhətində yaranan problemlərə görə həkimlər M.Aslana təmiz dağ havası məsləhət görüblərmiş. Mərhum şair uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi.

    Qeyd edək ki, Məmməd Aslan 1939-cu il dekabrın 24-də Kəlbəcər rayonunun Laçın kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsil alıb.

    Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində müəllim kimi başlayıb. O, Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı "Yenilik" qəzeti redaksiyasında məsul katib işləyib. 1970-ci ilin axırlarında Bakıya köçüb, burada "Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət" qəzetlərində çalışıb, "Yazıçı" nəşriyyatında böyük redaktor olub. Azərbaycan Dövlət Teleşirkətinin "Ekran-Efir" qəzetinin baş redaktoru olub.

    Bir sıra beynəlxalq və respublika mükafatları laureatıdır. 2000-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi