Yuxarı

Markesin fotosu olan əskinazlar dövriyyəyə buraxılıb

Bu, Nobel mükafatçısı olmuş yazıçının ölümünün ikinci ilində həyat keçirilib

Bakı. 20 avqust. REPORT.AZ/ Dünyada tanınan yazıçı-jurnalist Qabriel Qarsia Markesin fotosu Kolumbiyada 50 min peso (təxminən 17 dollar) əskinazların üzərinə həkk edilib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu, Nobel mükafatçısı olmuş yazıçının ölümünün ikinci ilində həyat keçirilib.

Markesin fotosu olan əskinazlar Kolumbiyanın Santa-Marta şəhərində dövriyyəyə buraxılıb.

Qeyd edək ki, Q.Q.Markes 1927 -ci il martın 6-da Kolumbiyanın Arakataka şəhərində anadan olub, 2014-cü il aprelin 17-də Meksikanın Мехiko şəhərində vəfat edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi