Yuxarı

Nazir: "Kitabxanaların bağlanması kiminsə işdən azad olunması demək deyil"

“Azərbaycanda bəzi kitabxanalar bağlanacaq”. 

“Report” xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev "ASAN Radio"nun "QəbuldASAN" proqramında deyib. 

Onun sözlərinə görə, Azərbaycanda Mərkəzləşdirilmiş Kitabxana Sisteminə keçid bəzi kitabxanaların fəaliyyətinin dayandırılması ilə nəticələnəcək: “Sistemə keçid, ümumilikdə, kitabxanaların bağlanması demək deyil. Burada kitabxana işinin təkmilləşdirilməsi əsas məqsədimizdir. Kitabxanalar bağlanmamışdan əvvəl orada çalışan əməkdaşların işlə təmin olunması da bizim diqqətimizdədir. İnsan faktoru nəzərə alınacaq. Söhbət kiminsə işdən azad olunmasından getmir. Biz artıq bu layihə ilə bağlı işlər aparırıq. İki ay ərzində layihə hökumətə təqdim olunmalıdır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi