​Kamal Abdullanın yeni kitabı çap olunub

​Kamal Abdullanın yeni kitabı çap olunub Kitab akademik İsa Həbibbəylinin yazdığı ön söz ilə başlayır
Ədəbiyyat
12 Avqust , 2016 13:38
​Kamal Abdullanın yeni kitabı çap olunub

Bakı. 12 avqust. REPORT.AZ/ Azərbaycanın görkəmli yazıçısı və alimi Kamal Abdullanın yeni “Düma ilə Coys arasında” adlı ədəbi-tənqidi esselər kitabı işıq üzü görüb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən "Report"a verilən məlumata görə kitab Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Bir dünyalıq ədəbiyyat söhbəti, yaxud esselərdən ibarət roman” adlı ön sözü ilə başlayır.

Müəllif kitabda məhşur italyan romançısı Umberto Eko ilə görüş təəssüratlarını, bu görüş əsnasında baş tutan ədəbiyyat söhbətlərinin ədəbi arealının Düma ilə Coys yaradıcılığı arasında cərəyan etdiyini, bu ədəbi məkanda Azərbaycan ədəbiyyatında, ədəbi tənqidində baş ədəbi prosesin yaratdığı assosiasiyalar, müasir Azərbaycan ədəbiyyatının gənc yazarlarının yaradıcılığındakı yeni parıltılar, müstəqillik dövründə qələmə alınan əsərlərlə bağlı düşüncələr, ədəbiyyatımızdakı “boşluq dolduranlar” haqqında fikirlərini ifadə edib. Kitabda irəli sürülən fikirlər müxtəlif məzmunlu ricətlərlə bağlanaraq daha da rəngarəng şəkil alıb.

K.Abdulla burada həmçinin özünün yazdığı romanlarla bağlı müəllif, eyni zamanda bir oxucu kimi də münasibətini ortaya qoyub.

Kitabdakı “Birun-əndərun oyunları” adlı essedə bədii mətnlərdəki söz oyunlarına, “Don Kixotun ölümü”, “Aldanmış oxucu” və başqa esselərində isə müəllif-əsər-oxucu uçbucağında baş verən proseslərə, bu üç faktor arasındakı münasibətlərə K.Abdullanın öznəməxsus münasibəti öz əksini tapıb.

Son xəbərlər

Orphus sistemi