Yuxarı

İSBAM-ın təşkilatçılığı "Heydər Əliyev nüfuzu-Hüseyn Cavidin qayıdışı" adlı tədbir keçirilib

​İSBAM-ın təşkilatçılığı "Heydər Əliyev nüfuzu-Hüseyn Cavidin qayıdışı

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşkilatçılığı ilə Hüseyn Cavidin xatirəsinə həsr olunmuş "Heydər Əliyev nüfuzu-Hüseyn Cavidin qayıdışı" adlı tədbir keçirilib. 

"Report" xəbər verir ki, sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində (SİMGPRM) keçirilən tədbiri giriş sözü ilə filosof İlhamə Qəsəbova açaraq Hüseyn Cavid yaradıcılığının ədəbiyyatımızda rolu haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Sonra Hüseyn Cavidin nəşinin Sibirdən vətənə gətirilməsinə rəhbərlik edən dövlət komisiyasının sədri polkovnik Həmid Cəfərov çıxış edib. O, çıxışında böyük şair Hüseyn Cavidin Sibirdə məzarının tapılması, onun nəşinin doğma vətənə gətirilməsi və bu işdə həmin vaxt ölkəmizə rəhbərlik etmiş ulu öndər Heydər Əliyevin fəaliyyətləri haqda fikirlərini bölüşüb.

Daha sonra İSBAM sədri Samir Adıgözəlli çıxış edərək repressiya qurbanı olmuş dahi Cavidin nəşinin vətənə qaytarılmasının tarixi hadisə olduğunu bildirərək bu işdə ümummilli liderin Azərbaycan xalqı qarşısında müstəsna xidməti olduğunu qeyd edib.

Tədbirdə İSBAM sədrinin müşaviri Yasəmən Möhübbətqızı, polkovnik Sücəddin Abdullayev, şairələr - Gülayə Şınıxlı, Gülarə Munis, İSBAM-ın departament rəhbəri Aidə Şirinova, İSBAM sədrinin müşaviri Samir Şahverdiyev və SİMGPRM-nın sədri Rəhilə Həsrətova çıxış edərək böyük drammaturq Hüseyn Cavidin Azərbaycan ədəbiyyatında və tarixində əvəzsiz xidmətləri haqqında danışıblar. 

Tədbir SİMGPRM-nın gəncləri tərəfindən hazırlanmış səhnəcik, şeir və mahnı proqramı ilə davam etdirilib. Tədbir “Dövlət və Qanun” qəzetinin informasiya dəstəyi ilə həyata keçirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi